Cəlilabadda 2014-cü ilin birinci rübünün hesabatı

Eziz

Aprelin 18-də Cəlilabad Rayon İcra hakimiyyətinin iclas zalında 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş rayon icra hakimiyyətinin başçısı cənab Əziz Əzizovun hesabatı keçirilmişdir.İclası giriş sözü ilə Cəlilabad RİH-nin bаşçısı Əziz Əzizov аçаrаq gündəlikdə durаn məsələni iştirаkçılаrın diqqətinə çаtdırdı. Gündəlik təsdiq оlundu, məruzə və çıхışlаr üçün rеqlаmеnt müəyyən еdildi.“2014-cü ilin birinci rübündə Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” rayon İcrа hаkimiyyətinin bаşçısı Əziz Əzizovun məruzəsi dinlənildi.Natiq qeyd etdi ki, 2014-cü ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, nəzərdə tutulmuş bütün proqram  və layihələrin təqvim planına uyğun icrası təmin edilmişdir. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə həyata keçirilmiş siyasət nəticəsində cari ilin 3 ayında makro-iqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumdaxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz artmış, kənd təsərrüfatında 3 faiz artım olmuşdur. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Hökumətin fəaliyyətində həmişə olduğu kimi, sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri 4,5 faiz artmış, inflyasiya 2 faiz olmuşdur. İcra başçısı ölkəmizdə cari ilin 3 ayı ərzində  əldə edilmiş nailiyyətlərin xalqla dövlətin vəhdətinin bariz nümunəsi olduğunu, beynəlxalq qurumların Azərbaycanda gedən dinamik inkişafa yüksək qiymət verdiyini, iqtisadiyyatımızın dayanıqlığının təmin edildiyini, Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən cəsarətlə, dönmədən, islahatlar yolu ilə həyata keçirildiyini xüsusi vurğuladı. İcra başçısı möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Cəlilabad rayonunun  sürətli inkişafından, 2014-cü ilin rayonumuzun həyatında uğurlu il olacağından, yeni proqram və layihələrin həyata keçiriləcəyindən və s. məsələlərdən əminliklə bəhs etdi. Sonra gündəlikdə duran məsələ barədə geniş məruzə dinlənildi. Məruzədə bildirildi ki, 2014-cü ilin birinci rübündə rayonumuzda da sosial-iqtisadi inkişaf artan templə davam etmişdir. Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 66,5 milyon  manat, pullu xidmət 16,3 milyon  manat, məişət xidməti 2,2 milyon  manat həcmində olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 103,8 faiz, pullu xudmət 100,3 faiz, əhaliyə göstərilən məişət xidməti həcmi 100,2 artmışdır. Azərbaycan Hökuməti və Dünya bankının maliyyə vəsaiti hesabına “Akkord” sənaye tikinti investisiya korporasiya təşkilatı tərəfindən  Cəlilabad şəhərinin H.Aslanov, H.Əliyev, İdman, M.Hüseyn, M.Əzizbəyov, M.Hadi, Q.İsmayılov, Səttərxan, M.Quliyev küçələrində və Uzuntəpə yolu istiqamətində 50 min metr kanalizasiya, 14 min metrdən artıq yeni su xəttlərinin  çəkilməsi  davam etdirilir .2014-cü ildə 3 ayında məktəb tikintisi davam etdirilmiş, 220 şagird yerlik Məmmədrzalı, 180 şagird yerlik Cəfərli kənd məktəblərinin tikintisinə başlanılmışdır. Hal-hazırda 2 məktəbin tikintisinə başlamaq üçün smeta-layihə sənədləri hazırlanmışdır. Rayonun təhsil müəssisələrində 9300 manat əsaslı, 5940 manatlıq cari təmir işləri görülmüşdür.Cəlilabad şəhərində rayon mədəniyyət evinin binası sökülmüş, həmin ərazidə yeni  Heydər Əliyev mərkəzinin və Göytəpə şəhərində mədəniyyət evinin tikintisinə başlanılmışdır.Rayon mərkəzləşdirilmiş kitabxana sistemi  Heydər Əliyev adına yaradıcılıq mərkəzinə yerləşdirilmişdir, Rayonda uşaq incəsənət məktəbi, tarix diyarşunasılıq muzeyi təmir edilmişdir. Daxili imkanlar hesabına Üçtəpə və Seyidbazar kənd mədəniyyət evləri və kitabxanaları təmir edilmişdir.Ümumilikdə uzunluğu 74 kilometr olan Cəlilabad-Ləkin-Yardımlı avtomobil yolunun 35 km-nə asfalt vurulmuş, 40 kilometrinə çınqıl döşənərək bərkitmə işləri aparılmiş, su nizamlayıcı  borular quraşdırılmışdır. 17 kilometrlik Cəlilabad-Hamaraqışlaq-Sadatlı avtomobil yoluna asfalt vurulmuş, Cəlilabad-Soltankənd, Alar-Təzəkənd -Üçtəpə-Cəfərxanlı-Əliqasımlı, Göytəpə-Komanlı, Hacıismayıllı-Seyidbazar, avtomobil yollarına çınqıl döşənərək  cari təmir işləri aparılmışdır. Hal-hazırda işlər davam etdirilir. Cəlilabad şəhərinin daxili yollarinda da xeyli işlər görülmüşdür. Şəhərin küçələrinə 8970 kvadrat metr çınqıl döşənmişdir.Şəhərin şimal hissəsində mərkəzi zibilxana genişləndirilərək düzəldilmişdir.Cəlilabad şəhərin park və xiyabanlarında abadlıq işlər davam etdirilir, yol kənarlarına ağac və gül kolları əkilmişdir.  Rayonun Ələt-Astara yolunun kənarında yerləşən  Göytəpə şəhəri, Qarazəncir və Alar kəndlərində15 kilometrdən artıq  inhisar hasarlar çəkilərək, aqlayla üzlənilməsi  davam etdirilir.Rayonda tikinti-abadlıq işlərinin davam etdirilməsi, istehsal və komersiya təyinatlı obyektlərin istifadəyə verilməsi  yeni iş yerlərinin  açılmasına səbəb olmuşdur.Cari ilin  3 ayında 54 daimi, 176  nəfər mövsümü işlə təmin edilmişdir.Rayonda əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün müəyyən işlər görülmüşdir.  Uzuntəpə kəndindən şəhər mərkəzinə gedən d320 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin istismara yararsız hala düşmüş 3700 pm hissəsi yeni d200mm-lik politelen borularla əvəz edilmişdir.Yeni çəkilmiş d200mm-lik politelen qaz kəmərindən 23 ədəd çıxışlar verilmişdir. Daşıyıcı qaz kəmərinin çıxışlarının mövcud küçə xətlərinə birləşdirilməsi məqsədi ilə d89mm-lik polad boru ilə 680pm yeni qaz xətti çəkilmişdir.Hal-hazırda yeni çəkilmiş qaz xəttinin üzərində qaz təmizləyici şkaflar quraşdırılır. Yaxın vaxtlarda həmin xətt istismara veriləcəkdir. Şəhərin M.Hadi küçəsində yerləşən yeni massivdə d108mm-lik boru ilə 450pm daşıyıcı xətt, d76mm-lik boru ilə 2700 pm yeni küçə xətti çəkilmişdir. Hal-hazırda yeni massivdə işlər başa şatdırılmış və 110 ev qazla təmin olunmuşdur. 2014-cü ilin I-ci rübündə şəhərin küçələrində 1130 pm müxtəlif diametrli qaz kəmərlərində təmir bərpa işləri aparılmış, korroziyaya uğramış borular dəyişdirilərək yenisi   ilə  əvəz olunmuşdur. 3 ayda müxtəlif diametirli 8 ədəd krant, 4 ədəd siyirtmə quraşdırılmış, 5 ədədi isə təmir edilmişdir. 4 ədəd qaz tənzimləyici şkaf təmir edilmiş, 170 ədəd “Sənayecihaz” istehsalı olan məişət qaz sayğacları həyətlərdən küçəyə çıxarılaraq yeni “Elester” tipli sayğaclarla əvəz edilmişdir. Bu müddət ərzində 241 abonentin mənzilinə yeni sayğac quraşdırılaraq qazla təmin edilmişdir. Rayon su-kanal idarəsi əhalinin su təchizatının yaxşılaşdırılması üçün Cəlilabad şəhəri N.Nərimanov, H.Məmmədov, M.Hüseyn, S.Vurğun, M.Fizuli, S.Axundov, Azərbaycan, Cavadxan, Babək, Sabir, D.Qorqud,  28 May, 8 Mart, Ə.Rəhimov, Xətai, Nizami, V.Niftullayev, Şəhriyar küçələrində və H.Əliyev prospektində su xəttlərində müxtəlif diametirli su xətlərində təmir işləri aparmış və korroziyaya uğramış su borular dəyişdirilərək yenisi ilə əvəz edilmiş, ana xətlərdə yaranan nasazlıq aradan qaldırılmışdır.Rayonun fasiləsiz elektirik enerjisilə təmin edilməsindən ötrü Paylayıcı elektirik şəbəkəsi tərəfindən müəyyən işlər görülmüşdür. Cəlilabad yarımstansiyasında zədələnmiş izolyatorlar dəyişdirilmiş, yağ açarları əsaslı təmir edilmişdir. Şəbəkənin daxili imkanları hesabına Uzuntəpə kəndində TM-160/10  kilovoltluq transformator yarımstansiyaı qurulmuş və 355 metr uzunluğunda 0,4 kilovoltluq SİP kabel xətti şəkilmiş, TM-100/10 kilovoltluq transformatorun 0,4 kilovoltluq tərəfində 1100 metr  uzunluğunda SİP kabel xətti şəkilmiş, Alqasımlı kəndində 160 metr uzunluğunda  SİP kabel xətti şəkilmişdir.  2014-cü ilin 3 ayında 12 ədəd 10/0,4 kilovoltluq  yarımstansiyasında əsaslı və cari təmir işləri aparılmış, istismsrda zədələnmiş 3 ədəd müxtəlif güclü transformator ehtiyatda olan transformatorlar hesabına dəyişdirilmiş və istehlakçılar normal elektrik enerjisilə təmin olunmuşdur. Cəlilabad şəhəri və Alar kəndində  sayğaclaşma ilə əlaqədar 62 ədəd 1 fazalı sayğac, 9 ədəd 3 fazalı SMART kart tipli sayğac, kənd ərazilərində isə 378 ədəd 1 fazalı sayğac quraşdırılmış, 110/35/10/0,4 kilovoltluq transformatorlara və digər avadanlıqlara 2980 litr transfarmator yağı tökülərək təmir işləri aparılmışdır.Məruzə ətrafında müzakirələrdə rayon Təhsil şöbəsinin müdiri Vidadi Dövlətov, Cəlilabadn RİH başçısının Komanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lətifə Heydərova və Cəlilabad rayon Bələdiyyələri əlaqələndirmə şurasının sədri Bağış Mustafayev çıxış edərək cari ilin birinci rübündə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar..Şura iclasında müzakirə olunan məsələ ilə bağlı qərar qəbul olundu.