Cəlilabadda aztəminatlı ailələrə bayram sovqatı paylanmışdır

98

 

Müqəddəs Qurban bayramında Cəlilabad rayonunda iki min nəfərdən çox aztəminatlı ailəyə bayram sovqatı paylanmışdır.
AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyasında rəhbər işçilər, ərazi icra nümayəndələri və bələdiyyələrin sədrləri Qarabağ, Əfqanıstan müharibəsi və Çernobıl əlillərinə, şəhid, məcburi qaçqın və aztəminatlı ailələrə baş çəkərək onların problemləri ilə maraqlanmışlar.
Çıxış edənlər gostərilən diqqət və qayğıya gorə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.