Cəlilabadda hesabat

11

 

 

İyulun 16-də Cəlilabad Rayon İcra Hakimiyyətinin iclas zalında RİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. İclası giriş sözü ilə RİH başçısı cənab Əziz Əzizov açaraq gündəlikdə duran məsələni iştirakçıların nəzərinə çatdırdıqdan sonra “2014-cü ilin 6 ayı ərzində Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə” məruzə etdi.Məruzəçi bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər  Kabinetinin cari ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, 2014-cü ilin  birinci yarımilində ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam  etmiş, nəzərdə tutulmuş bütün proqram və layihələrin təqvim planına uyğun icrası təmin edilmişdir. Cari ilin 6 ayında makro-iqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumdaxili məhsul 2.1 faiz, qeyri-neft sektoru 7 faiz artmış, kənd təsərrüfatında 6 faiz artım olmuşdur. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. Hökumətin fəaliyyətində həmişə olduğu kimi, sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri 4.7 faiz artmışdır. 2014-cü ilin birinci yarısında rayonumuzun iqtisadiyyatında da müsbət meyllər müşahidə edilmişdir. Rayon icra hakimiyyəti “Azərbaycan Respubliksı regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya tədbirlərinin həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin əsaslı təmiri və tikintisinin davam etdirilməsi məsələlərini   daim diqqət mərkəzində saxlamışdır.Birinci yarımildə də əvvəlki illərin müsbət  ənənələri davam etdirilərək  tikinti-abadlıq və quruculuq işlərinə xüsusi diqqət yetirilmişdir. Hazırda  Cəlilabad şəhərində yeni Heydər Əliyev Mərkəzi, Göytəpə şəhərində Ulu Öndərin heykəlinin ucaldılacağı Heydər Əliyev parkı, mədəniyyət mərkəzi, 220 şagird yerlik Məmmədrzalı və 180 şagird yerlik Cəfərli kənd məktəbləri,  Muğan kəndində 2 min tonluq soyuducu kamera, Cəlilabad şəhər məscidində mərasim evi tikilir, Cəlilabad Tibb Kollecinin binası əsaslı təmir olunur.  Bundan başqa,  Ələt-Astara magistral yolunun Göytəpə şəhər, Alar və Qarazəncir kəndlərinin ərazisindən keçən hissəsində uzunluğu 15 kilometr olan 34 min kvadratmetrlik hasarlar yenidən qurulur, vətəndaşlara məxsus 400-dən çox darvazalar eyni formalı və müasir görkəmli darvazalarla əvəz edilir. Cəlilabad şəhərində 3 körpələr evi-uşaq bağçasının, Kövüzbulaq kəndində 360, İncilli kəndində isə 100 şagird yerlik  məktəblərin tikintisinə başlanılmışdır.Bundan başqa, Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması üzrə 4 istiqamətdə iş aparılır. Altı ay ərzində 50 kilometr   kanalizasiya, 34,5 kilometr su xətti, o  cümlədən 1,5 kilometr magistral su xətti çəkilmişdir.Kənd yollarının abadlaşdırılmasına da ciddi diqqət yetirilir. Hazırda 23 yaşayış məntəqəsini  əhatə edən  21,2 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, 6 iri yaşayış məntəqəsini əhatə edən 22,4 kilometrlik Alar-Təzəkənd-Üçtəpə-Cəfərxanlı-Əliqasımlı avtomobil yollarının tikintisi davam etdirilir. Yaxın günlərdə Alar-Günəşli avtomobil yolunun yenidən qurulmasına başlanılacaqdır. Bundan başqa, əhalini ən çox narahat edən Kazımabad-Göytəpə-Komanlı-Həziabad, Muğan-Maşlıq-Söyüdlü, Xanəgah-Mikayıllı və Təklə-Bayxanlı avtomobil yollarının tikintisi də nəzərdə tutulmuşdur.Rayon üzrə 70591 hektar taxıl sahəsinin biçini qısa müddətdə və ən minimal itki ilə başa çatdırılmış, 95,7 min ton taxıl istehsal olunmuşdur. Rayon qərargahı kombaynların optimal dislokasiyasını və taxılın yetişmə vaxtına uyğun olaraq kəndlərarası hərəkətini operativ şəkildə təşkil etmişdir. Biçin kampaniyası dövründə heç bir yanğın hadisəsinə yol verilməmişdir.Bundan başqa, kənd əməkçiləri tərəfindən  68,5 min ton kartof,  1,4 min ton tərəvəz, 343 ton  bostan məhsulları, 423 ton meyvə,  9,2 ton ət,   51,1 ton süd və  15 milyon 314 min ədəd yumurta  istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən xeyli çoxdur.Birinci yarımildə kənd təsərrüfatı məhsullarının artırılması üçün istehsalçılara güzəştli şərtlərlə 1321 ton azot, 6 ton amofos və 60 ton kalium gübrəsi satılmışdır.Rayon üzrə 10310 hektar suvarılan sahələrin 13,6 faizini əkin torpaqları təşkil edir. Birinci yarımildə 248,6 min kubmetr kanal lildən təmizlənmiş,   14073 hektar əkin sahəsi suvarılmışdır.İlin birinci yarısında tikinti-quruculuq işlərinin genişləndirilməsi, sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasına stimul olmuşdur. Bunun nəticəsidir ki, 466 yeni, o cümlədən 145 daimi iş yeri   açılmışdır.İlin ötən dövründə rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən  9192  nəfərə 22 milyon 527 min manat,  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 27 nəfərə 305 min manat kredit verilmişdir.Hesabat dövründə büdcənin yerli gəlirləri 102,8 faiz icra olunmuş,büdcədən 13 milyon 592 min manat vəsait xərclənmişdir. Proqnoz tapşırıqlara  11 tədiyə növündən  5-i üzrə artıqlaması ilə əməl edilmiş, 6-sı üzrə isə yerinə yetirilməmişdir. Rayon maliyyə idarəsi  maliyyə vəsaitlərinin təyinatına uyğun və səmərəli istifadəsinə nəzarəti gücləndirmiş, alınan bütün növ mal-materialların keyfiyyətini və qiymətini diqqər mərkəzində  saxlamışdır.DSMF rayon şöbəsi məcburi dövlət sosial sığorta haqlarından yayınma hallarını aradan qaldırılması, sığortaolunanların sığorta stajlarının fərdi şəxsi hesablarına işlənməsi üçün davamlı tədbirlər həyata keçirmişdir. Bütün bunların nəticəsində pensiyaçılara 22,5 milyon manat  və ya ötən ilin eyni dövrünə nisbətən 3,2 milyon manat çox vəsait ödənilmişdir. İşləyən sığortaolunanlara məcburi dövlət sığorta haqları hesabına 35,9 min manat müavinət ödənilmişdir ki, bu da keçən ilin birinci yarısındakından 3,1 min manat çoxdur.Aztəminatlı əhalinin sosial-iqtisadi problemlərinin həlli, onların yaşayış səviyyəsinin yüksəldilməsi və sosial yardımların ünvanlılığının təmin edilməsi  2014-cü ilin birinci yarısında da davam etdirilmişdir.  Rayon əhalinin  sosial müdafiəsi mərkəzi tərəfindən 985 ailəyə və ya 4537 nəfərə ünvanlı sosial yardım təyin edilmiş, onlara 125 min 491  manat  ünvanlı sosial yardım ödənilmişdir. Ünvanlı sosial yardım üçün müraciət edən 129 ailəyə isə müxtəlif səbəblərdən imtina verilmişdir. Altı ay ərzində əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 10/4 kv-luq 25 yarımstansiya əsaslı təmir olunmuş, yararsız naqillər və dayaqlar dəyişdirilmiş, 6 transformator yenisi ilə əvəz edilmiş, Uzuntəpə kəndində  TM-160/10 kva-lıq transformator yarımstansiyası qurulmuşdur. Rayon qaz istismarı sahəsi tərəfindən yeni qazpaylayıcı stansiyanın tikintisi başa çatdırılmış, Cəlilabad şəhəri ilə Uzuntəpə kəndi arasındakı orta təzyiqli yeraltı qaz kəmərinin 3700 paqonmetri polietilen borularla əvəz edilmiş,  Cəlilabad şəhərində  2700 metr yeni küçə xətti çəkilmiş, 110 ev təbii qazla təmin edilmiş, 241 abonentə yeni qaz sayğacı qoyulmuşdur.