Cəlilabadda “İlhamla İrəli” devizi altında zirvə görüşü keçirildi

 

11

Azərbaycan Respublikasının prezidentliyinə Yeni Azərbaycan Partiyasından namizədi olan cənab İlham Əliyevin seçki qərargahının təşkilatçılığı ilə dünən Cəlilabad şəhərində rayonun çoxminli seçicilərinin iştirakı ilə “İlhamla İrəli” devizi altında zirvə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə prezidentliyə namizəd cənab İlham Əliyevin seçki qərargahı Cəlilabad şöbəsinin rəhbəri, YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açaraq cənab İlham Əliyevin prezident olduğu 10 il ərzində ölkəmizin hərtərəfli inkişafı, demokratiyanın inkişafı, həyata keçirilən islahatlar və onların əhəmiyyətli nəticələri barədə ətraflı məlumat verərək rayonun bütün seçicilərini 9 oktyabr da keçiriləcək seçkilərdə cənab İlham Əliyevə səs verməyə çağırdı.

Tədbirin bədii hissəsində respublikanın tanınmış incəsənət ustalarından Bilal Əliyev, Yusif Mustafayev, Teymur Mustafayev, Bəturə Hüseynova, Sahib İbrahimov, Dana Dağıstanlı, Vasif Məhərrəmli, Fədayə Laçın, Elçin Hüseynov, Nadir Qafarzadə, Faiq Ağayev, İlhamə Quliyeva və digər sənətçilər seçicilər qarşısında maraqlı konsert proqramı ilə çıxış etdilər.