Cəlilabadda seçicilərlə görüş keçirilib

65

 

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon seçki qərargahı partiyanın Ölkə prezidentliyinə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirləri çərçivəsində 26 sentyabrda rayonun Təklə kəndinin seçiciləri ilə görüş keçirdi. Keçirilən tədbirdə iştirak edən YAP Cəlilabad rayon təşkilatının şura üzvü İsa Allahverdiyev seçicilər qarşısında çıxış edərək qeyd etdi ki, Respublikamızın Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, ardıcıl nəzarəti və gündəlik diqqəti sayəsində həyata keçirilən dövlət proqramları ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir və əsaslı iqtisadi inkişafa təkan verib.

Tədbirdə çıxış edən seçicilərdən kənd məktəbinin müəllimi Minarə Əliyeva, bələdiyyə sədri Ağahüseyn Hüseynov, ərazi ilk partiya təşkilatının sədri Hafiz Mahmudov, seçicilər Sabir Hüseynov, Bəylər Əzizov və başqaları çıxış edərək cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.