Cəlilabadda toyda bıçaqlanma

Bicaq

Cəlilabad rayonunda toyda kütləvi dava düşüb.

XALQ.AZ-ın məlumatına görə, hadisə rayon ərazisində şadlıq evlərinin birində toy məclisi zamanı baş verib. Şadlıq sarayında qohumlar arasında əvvəlcə mübahisə yaranıb. Sonra mübahisələrini bayırda davam etdirən gənclər bıçağa əl atıblar. Nəticədə Cəlilabad rayon sakinləri 1990-ci il təvəllüdlü Cəfərov Azad Kamal oğlu 1992-ci il təvəllüdlü Sultanov Rəşad Cavid oğlu və onun qardaşı 1994-cü il təvəllüdlü Soltanov Fuad Cavid oğlu müxtəlif dərəcəli bıçaq xasarətlərilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Dava edən tərəflər Cəlilabad rayon, Səttarxan küçəsində yaşayan gənclərdir. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi deyilir.

Hadisə ilə bağlı hələlik polislər şübhəli şəxs qismində heç kimi saxlamayıb.

Baş verən hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şövbəsi isə heç bir açıqlama verməyib.