Cəlilabadda toyda qan töküldü

Deniz

Cəlilabad rayonunda toyda kütləvi dava olub. XALQ.AZ-ın məlumatına görə, dava zamanı 3 nəfər bıçaqlanıb.

Hadisə rayonun Uzuntəpə kəndindəki “Dəniz” şadlıq sarayında keçirilən toy mərasimi zamanı baş verib. Tərəflər arasındakı ilkin mübahisənin mahnı sifarişi üstündə yarandığı deyilir.

Bıçaqlanma ilə nəticələnən hadisə zamanı Uzuntəpə kənd sakinləri 31 yaşlı Məzahir Abbas oğlu Balaşov, 26 yaşlı Elvin Əlizamin oğlu Mirzəyev və Məzahir Yaşar oğlu Mirzəyev müxtəlif dərəcəli bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

Deniz