Cəlilabadda velosiped yürüşü (FOTO)

velo

Cəlilabad rayonunda idmanın kütləviliyinin artırılmasından ötrü Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər planı həyata keçirilir. Həmin tədbirlər planına uyğun olaraq  Cəlilabad rayon İcra hakimiyyəti, Cəlilabad Rayon Mədəniyyət və Turizm şöbəsi  və Cəlilabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənc velosipedçilərin yürüşü keçirildi.

XALQ.AZ xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstləri qoydu.Velosiped yürüşünə həsr olunmuş mərasimdə çıxış edən Cəlilabad rayon İcra hakimiyyətinin başçısı cənab   Əziz Əzizov Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda  idmanın inkişafına göstərdiyi qayğıdan danışdı, bu müdrik siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.Tədbirdə çıxış edən gənc idmançılar yürüşün təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər. Daha sonra yürüşə start verildi. Yürüş iştirakçıları Cəlilabad şəhərindən Sadatlı kəndində doğru hərəkətə başladılar.

Velosped