Cəlilabadda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

 

 

cel
Fevralın 24-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Xocali Faciəsinin 25-ci il dönümü münasibətilə ümumrayon anım tədbiri keçirilib

 

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, İcra aparatının, idarə, müəssisə və təşkilatların rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər iştirak etmişdir.Əvvəlcə  Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımından bəhs edən sərgiyə baxış keçirildi.
Tədbir iştirakçıları  Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.Tədbirdə məlumat verildi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən  soyqırımda Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Soyqırım zamanı  63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
 Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 nəfər şəhər sakini əsir götürüldü, 150 sakin isə itkin düşdü.Faciəyə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildi və Xocalıda belə bir soyqırımın törədilməsi ilə bağlı dünya ölkələrində təbliğati işlərə başlanıldı .Soyqırımın tanıdılması ilə bağlı bu gün də Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır  və Ermənistanın Qarabağda hansı vəhşiliklər törətdiyi barədə geniş işlər aparılır.Tədbirdə mədəniyyət işçilərinin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olundu.
Fevralın 24-də RİH başçısı Əziz Əzizov və hüquq-mühafizə orqanlarının rəhbərləri rayonun Göytəpə şəhərində məskunlaşmış Xocalı şəhər sakini Zakir Ələkbərovun ailəsini ziyarət etmiş,ailəyə ərzaq yardımı göstərilmişdir.Görüşdə çıxış edən RİH başçısı Əziz Əzizov və Xocalı şəhər sakini Zakir Əzləkbərov ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər. Fevralın 24-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Cəlilabad filalında,rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edildi, müxtəlif idarə, müəssisə və təşkilatlarda anım mərasimləri, xatirə gecələri, sərgilər keçirildi.