Cəlilabdlıların seçimi İlham Əliyevdir

09

 

Cəlilabad rayonun Şiləvəngə, Şabanlı və Seyidbazar kəndlərində seçicilərlə görüşlər keçirildi

 

Respublikanın bütün rayonlarında olduğu kimi, Cəlilabad rayonunda da prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının ikinci mərhələsi öz işinə başldı.Sentyabrın 23-də rayonun Şiləvəngə, Şabanlı və Seyidbazar kəndlərində seçicilərlə görüşlər keçirildi.Görüşlərdə YAP Cəlilabad rayon təşkilatı şura üzvü Böyükxan Bağırov, rayon təşkilatı nəzarət təftiş qrupunun sədri Varid Əsgərov və partiya fəalı Vəbi İsgəndərov seçicilər qarşısında çıxış etdi. Sadalanan kəndlərin ziyalı və ağsaqqalları isə qətiyyətlə bildirdilər ki, ulu öndər Heydər Əliyev irsinin davamçısı, cənab İlham Əliyevə səs verəcəklər.