Cərimə və cəzaları açıqlandı

XALQ,AZ xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırırıq:

01 aprel 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXI turunun “Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Qarabağ” klubunun 91 №-li futbolçusu Coşqun Diniyev və “Keşlə” klubunun 10 №-li futbolçusu Meza Colli Cezar aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 2400 manat cərimə olunur (maddə 38.2).Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 33).

01 aprel 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

“Qəbələ” klubunun baş məşqçisi Emin İmaməliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 62).

30 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XXI turunun “Sabah” – “Zaqatala” matçında 45-ci dəqiqəsində “Zaqatala” klubunun 14 №-li futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur(maddə 37.1).

“Zaqatala” klubunun 3 №-li futbolçusu Nəsib Əliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 62).

01 aprel 2018-ci il, Regional Liqanın, “Göyəzən” – “Şəmkir” matçının 83-cü dəqiqəsində “Göyəzən” klubunun 20 №-li futbolçusu Eldar Şıxməmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).

Oyunun 83-cü dəqiqəsində “Şəmkir” klubunun 4 №-li futbolçusu Cavid Qasımovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).

01 aprel 2018-ci il, Regional Liqanın, “Ümid” (Cəlilabad) – “Dinamo” (Yardımlı) matçının 90+1-ci dəqiqəsində “Ümid” klubunun 7 №-li futbolçusu Azər Hacıyev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).

29 mart 2018-ci il, U-16 Liqasının, “Zirə” – “Qəbələ” matçının 78-ci dəqiqəsində “Zirə” klubunun 22 №-li futbolçusu Rüstəm Rüstəmov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

29 mart 2018-ci il, U-16 Liqasının, “Sumqayıt” – “Kəpəz” matçının 80+2-ci dəqiqəsində “Kəpəz” klubunun 6 №-li futbolçusu Nemət Musayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır(maddə 42.3).

Oyunun 80+3-cü dəqiqəsində “Sumqayıt” klubunun 2 №-li futbolçusu Şahmar Abbaszadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

01 aprel 2018-ci il, Boulevard Hotel U-15 Liqasında, “Turan”(Tovuz) – “Zaqatala” matçının 61-ci dəqiqəsində “Turan” klubunun 2 №-li futbolçusu Elcan Şirinov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

01 aprel 2018-ci il, U-14 Liqasının, “UGİM-1” – “Şirvanovka” matçının 59-cu dəqiqəsində “UGİM-1” klubunun 6 №-li futbolçusu Nihat Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

18 mart 2018-ci il U-16 Qızlar Liqasında, “Fidan” – “Mingəçevir” matçında “Fidan” komandasanın heyətində yetər say olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

26 mart 2018-ci il U-13 Qızlar Liqasının İsmayıllı regionu üzrə, “Mil-Muğan” – “Azəri”TİM matçında “Mil-Muğan” komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).

24 mart 2018-ci il U-13 Qızlar Liqasının İsmayıllı regionu üzrə, “Gənclik” F.T. Gimnaziya – “Mingəçevir” matçında “Gənclik” komandasının baş məşqçisi Novil İsmayılov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).

01 aprel 2018-ci il U-16 Qızlar Liqasında, “Qubek”(Balakən) – “Təhsil” FM matçının 19-cu dəqiqəsində “Təhsil” FM klubunun 8 №-li futbolçusu Nigar Rzayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).

Oyunun 19-cu dəqiqəsində “Qubek” klubunun 5 №-li futbolçusu Eliza Həsənovanın aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).

28 mart 2018-ci il U-16 Qızlar Liqasında, “Qubek” – “Keşlə” matçında “Keşlə” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

 

Elgün