Cəzalar sərtləşdirilməlidir — Millət vəkili

“İnsan alverini təşkil edənlər cəzalandırılır. Hesab edirəm ki, bu halların sayını azaltmaq üçün bilərəkdən insan alveri qurbanı olanların da cəzası sərtləşdirilməlidir”.

 

XALQ.AZ xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabat çıxışına münasibət bildirərkən deyib.

Müxtəlif ölkələrin  hesabat qruplarında Azərbaycanın adının əvvəlki yerlərində saxlanılmasına baxmayaq, son 10 il ərzində ölkəmizdə bu sahədə nəzərəşarpan dəyişiklik olub.

“Bir vaxtlar şadlıq evləri, avtobuslarda konduktor kimi fəaliyyət gösətərən uşaqlarla bağlı qaldırdığımız məsələlər həllini tapıb.  İnsan alveri ilə mübarizənin əsas yollarından biri sərhəd bölgələrimizdə İran, Gürcüstan, Bakıda hava limanında diqqəti artırmaqdır. Əmək miqrasiyası, həm də başqa istismar sahələrində faktların sayı azalıb. Azərbaycanlılar Rusiyada hər hansı müəssisə yaradır, orada bizim insanları işlədir, pasportlarını əllərindən alırlar. Dövlət bu sferada mühüm tədbirlər həyata keçirdiyindən bu halların sayında azalma müşahidə edilir”.

 

 

Elgün