Canlı yayımda Baloğlanla Səidənin sözü çəpləşdi

99

 

ANS telekanalında canlı yayımlanan “Günəbaxan” verilişinə qonaq olan xalq artisti Baloğlan Əşrəfov və müğənni Səidə Sultan arasında gərgin anlar yaşanıb. Axşam.az-ın məlumatına görə, sənətçilərin səhnə görünüşündən bəhs edən qonaqların sözləri çəpləşib. Baloğlan Əşrəfovun “Muğam ifaçısı geyimini bilir. Estrada müğənnisi isə səhnədə tullanıb düşür, sənətinə uyğun geyinmir” sözləri Səidəni özündən çıxarıb.

“Nə olub mənim geyimimə? Xanım-xatun bir libasım var. Əgər müğənniliyə tullanıb-düşmək kimi baxırsınızsa, onda sənətçi olmayın. İndi hamı müğənnilərin üstünə düşür, pis gözlə baxırlar. Hamı istəyir ki, sənətçiləri bir-birinə dalaşdırsın. Gərək özümüz olmağı bacaraq” – deyə o bildirib.