Canlı yayımda Türkiyə DİN rəhbərinin başına iş gəldi – VİDEO

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu mətbuat konfransında gözlənilməz vəziyyətlə qarşılaşıb.

XALQ.AZ xəbər verir ki, ötən gün Kastamonu vilayətində tədbirə qatılan nazirin anidən burnundan qan gəlib. Buna görə canlı yayım dayandırılıb. 

DİN-dən bildirilib ki, nazir soyuqladığı üçün burnundan qan gəlib. Soylunun səhhətində heç bir problem olmadığı, gündəlik iş qrafikinə davam edəcəyi qeyd olunub.

XALQ.AZ