Çaparımız qızıl medal qazandı

At

Azərbaycan çaparı “Riders Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.

XALQ.AZ-ın məlumatına görə, Danimarkada atçılığın konkur növü üzrə CSİ-1* kateqoriyalı “Riders Cup” beynəlxalq turniri keçirilir.

Turnirin ilk günündə çaparlar 140 santimetrlik maneələrə qarşı mübarizə aparıblar.

Turnirdə “Carvin” ləqəbli atla çıxış edən Azərbaycan millisinin üzvü Andre Şröder bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub.

İkinci pilləni “Adam L” ləqəbli atla yerli idmançı Martin Neerqaard tutub.

İsveçli Sofia Kroon isə “Rolex” ləqəbli atla üçüncü yerdə qərarlaşıb.