Cavançir Məmmədov da green kart udub ABŞ gedir?

Yayın gəlişi ilə şou-biznes əhlinin “İnstagram” profilləri rəngarəng fotolarla bəzənməyə başlayıb. İstirahətə yollanan yerli tanınmışlar çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşməyə davam edirlər. Bəs, yay qarşıdakı aylarında kim harada dincələcək? “Yeni Sabah” bununla bağlı sənətçilər arasında sorğu keçirib. Sorğu nəticəsində məlum olub ki, bizim müğənnilər bu dincəlmək yox, işləməyə üstünlük verəcəklər.
Təranə Qumral: “Ramazan ayı yeni bitdi. Biz bu ayda demək olar ki, işləməmişik. Evdə oturub, arada bir rayonlara gedib dincəlmişik. Ancaq qarşıdakı üç ayda dincəlmək yox, işləmək fikrindəyik. Ta Məhərrəm ayınına kimi. Ondan sonra bir plan qurub dincələrik”.
Yusif Mustafayev: “Mən xarici ölkələrə getmirəm. 2003-cü ildən bəri təyyarəyə minmirəm. Təyyarə ilə səfər etməyi sevmirəm. Yay aylarında ya ailəmlə dilbər güşələrimizə, ya da Bilgəhdə dəniz kənarına gedəcəyəm. Mənim bir saat boş vaxtım olan kimi fürsətdən istifadə edib dənizin qırağına gedib ruhumu dinləndirirəm”.
Cavanşir Məmmədov: “Planımda xaricə çıxmaq var. Amma dincəlmək üçün yox, iş üçün gedəcəyəm. İnşallah alınsa, Nyu-Yorka getmək istəyirəm. Həm də gedib Elarizi görüm. Elariz üçün darıxmışam, yanına gedəcəyəm. Dünən danışdıq telefonla. Elariz yaxşı yoldaşdır”.
Mətanət İsgəndərli: “Mən adətən səfalı rayonlarımızda dincəlməyi sevirəm. Lakin məni xaricə bağlayan bir səbəb var. Mənim qızım Türkiyədə yaşayır. Fürsət tapdıqca onun yanına gedirəm. Görək, bu yay da alınsa, Türkiyəyə gedəcəyəm”.
XALQ.AZ

Yeganə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.