Cavanşir Cahangirov dünyasını dəyişdi

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətin sabiq sədr müavini Cavanşir Cahangirov dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, mərhum uzun müddət xəstəlikdən sonra bu gün səhər saatlarında müalicə aldığı 1 saylı Şəhər Klinik Xəstəxanada vəfat edib.

Qeyd edək ki, C.Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 2009-cu ildən 2015-ci ilə kimi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!