Cavanşir Feyziyevə yeni vəzifə verildi

Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin tərkibi və rəhbəri bəlli olub.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev nümayəndə heyətinin rəhbəri təyin edilib.

Nümayəndə heyətinin tərkibinə deputatlar Sevil Mikayılova, Kamal Cəfərov, Elman Nəsirov, Nurlan Həsənov, Emin Hacıyev, Azər Kərimli, Soltan Məmmədov, Tural Gəncəliyev, Şahin Seyidzadə və Erkin Qədirli daxildir.