Cavanşir Paşazadə çayçılığın inkişafı ilə bağlı hökumətə səsləndi

Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Cavanşir Paşazadə çay istehsalı ilə bağlı problemlərdən danışıb və bir sıra təkliflər veribXALQ.AZ-ın xəbərinə görə, millət vəkili qeyd edib ki, Azərbaycanda çayçılıqla bağlı bəzi problemlər qalmaqdadır: 

Millət vəkili  Cavanşir Paşazadə  bildirib ki, büdcə layihəsində neftin qiymətinin 60 dollardan səviyyəsində götürülməsi müsbət tendesiyadır.Hazırki vəziyyətdə riskləri minimuma endirərək neftin satış qiyməti məqbul sayılmalıdır.Neftin qiymətindən fərqli olaraq qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət büdcəsindən ayrılmalar  ümümlikdə  ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Prezident İlham Əliyev tətəfindən müyyənləşdirilən və həyata keçirilən ölkə iqtisadiyyatının şaxələndirilməsini, qeyri neft sektorunun inkişafına, vətəndaşların  daha yaxşı yaşaması üçün bərabər imkanlar yaradılmasını nəzərdə tutan və sösialyönümlü  olan qanun layihəsi ölkəmizin inkişafını daha da sürətləndirəcək. Cavanşir Paşazadə daha sonra bilidrib ki, respublikamızın yol infrastrukturunun yenidən qurulması  və təkmilləşdrilməsi  ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur . Olkə başçısı İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən respublikamızı digər ölkələrlə bağlayan əsas magistral  yollar müasir səviyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir.  Oktyabr ayında dövlət başçısı cənub bölgəsinə səfəri zamanı bir sıra infastruktur layihələrin  açılışını etdi.Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhəd avtomobil yolunun istifadəyə verildi.  Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük  və sərnişin daşımasını xeyli yaxşılaşdırdı. Fermerlər məhsullarını  tez bir zamanda paytaxtda və digər bölgələrə çatdırılması vaxt itkisi aradan qaldırıldı. Həmçinin bölgənin turizm potensialı artacaq. Millət vəkili öz çıxışında xatırlatdı ki, ölkə başçısı Lənkərana səfəri zamanı öz nitqində  bildirib ki “Lənkəranda  bir dənə də olsun problem qalmamalıdır” deməklə vətəndaşların ruh yüksəkliyi yaradıb.Həmçinin C.Paşazadə qeyd edib ki,   “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Burada çayçılıq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqinə dair müddəa da yer alıb. Mən əsasən buna diqqət çəkmək istəyirəm. Proqramın qəbulundan müəyyən vaxt keçməsinə baxmayaraq, həllini tapmayan məsələlər var. Bu da görülən işlərə kölgə salır. Birinin sahəsi, texnikası, digərinin işçi potensialı yüksək olduğu təqdirdə fermərlərin birləşdirilməsi yüksək çay məhsullarının istehsalına gətirib çıxara bilər. Statistikaya əsasən, çay istehsalında ciddi artım müşahidə olunur, artım olmasına baxmayaraq, hələ də xarici ölkələrdən çay idxal etməyə məcburuq. Bununla da külli miqdarda vəsait xaricə axır. Çayçılıq sahəsində mütərəqqi sığorta mexanizminin yaradılması da həllini gözləyən məsələlər sırasındadır”.