Cavanşir Paşazadə fərdi görüşlərini hələ də davam etdirir – FOTO

75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadənin seçicilərlə  fərdi qaydada ayrı-ayrı yerlərdə  görüşləri davam edir.

XALQ.AZ xəbər verir ki, keçirilən görüşlərdə seçicilər  millət vəkili olan dövrdə qaldırılan problemlərin həllinə görə deputatlığa namizədə təşəkkürlərini bildirmişlər

Görüşlər zamanı seçici və kənd sakinləri tərəfindən sosial iqtisadi sahədə mövcud problemlərin həllinə bundan sonra da fəallıqla yanaşacağını bildirmişlər. Deputatlığa namizəd C. Paşazadə onlara səmimi təşəkkürünü bildirmiş millət vəkili seçildiyi halda qaldırılan problemlərin həllinə tələblər səviyyəsində baxılmasını qeyd edib.

Görüşlərdə seçicilər yetkinliklə fevralın 9da ona səs verəcəklərini bildiriblər.

XALQ.AZ