Cavanşir Paşazadənin izdihamlı görüşləri – FOTO

75-saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadə seçiciləri ilə bu gün də görüşlər təşkil edib.

XALQ.AZ xəbər verir ki, deputatlığa namizəd Cavanşir Paşazadə bu dəfə də həm ümumi, həm də  fərdi qaydada ayrı-ayrı yerlərdə seçicilərlə görüşüb.

Görüş zamanı  seçicilər Yeni Azərbaycan Partiyasına və partiyanın siyasi şurasına Cavanşir Paşazadənin namizədliyini irəli sürdüyü üçün təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Cavanşir Paşazadə də hər zaman seçicilərinin yanında olduğunu və onlar tərəfindən ünvanlanan hər bir müraciəti diqqətdə saxladığını deyib.

Sonda seçicilər yekdilliklə fevralın 9-da Cavanşir Paşazadəyə səs verəcəklərini xüsusi qeyd ediblər.

XALQ.AZ