Cavid Osmanov seçiciləri ilə növbəti görüşlərini keçirib – FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) 90 saylı Ağdaş seçki dairəsindən namizədi Cavid Osmanov növbəti görüşlərini Ağdaş şəhər seçiciləri ilə keçirib.

XALQ.AZ görüşlərdə Cavid Osmanov ilk növbədə ona böyük dəstək verdikləri üçün seçicilərə öz minnətdarlığını bildirib. Son illər respublikamızda, eləcə də rayonda görülmüş abadlıq-quruculuq işlərinin hər bir ağdaşlının gözü önündə baş verdiyini qeyd edən Cavid Osmanov bütün bunların qarşılığı olaraq ağdaşlıların da daim dövlətimizin, dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx şəkildə birləşdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Ötən dövr ərzində Milli Məclisdəki fəaliyyəti haqqında məlumat verən Cavid Osmanov seçicilərini əmin edib ki, onu yenidən dəstəkləsələr növbəti dəfə də onların etimadını doğruldacaq.

C.Osmanov qeyd edib ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. Ölkəmizdə dərin və hərtərəfli islahatların həyata keçirildiyini diqqətə çatdıran Cavid Osmanov bildirib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı, qayğıları, üzləşdiyi problemlərin həlli dayanır. Ölkə Prezidentinin milli maraqlara əsaslanan müstəqil siyasəti sayəsində Azərbaycan regionda və eləcə də dünyada sabitlik və təhlükəsizlik adasına çevrilib. Artıq dövlət hakimiyyətinin bütün qollarını əhatə edən islahatların qanunverici hakimiyyəti də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gələn sosial və siyasi sifarişdir. Deputatlığa namizəd seçiciləri parlament seçkilərində daha güclü Azərbaycan naminə fəal olmağa çağırıb.

Görüşlərdə çıxış edən seçicilər qeyd ediblər ki, cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar kursunun mahiyyəti, onun əsas istiqamətləri və ilkin nəticələri göz önündədir. Xalq-hakimiyyət birliyi bu sabitliyi şərtləndirən həlledici amildir. Bu birliyi göz bəbəyi kimi qorumaq, onu daha da möhkəmləndirmək, Azərbaycanı daha da  gücləndirmək naminə fevralın 9-da Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədinə –  Cavid Osmanova səs verəcəklər.

XALQ.AZ