Cavid Osmanov seçiciləri ilə növbəti online qəbul keçirib – FOTO

Ağdaşlı sakinlərlə müntəzəm olaraq görüşən, onların problemləri, arzu və təklifləri ilə maraqlanan millət vəkili Cavid Osmanov seçiciləri ilə növbəti dəfə onlayn şəkildə görüş keçirib. 

XALQ.AZ xəbər verir ki, görüşdə seçiciləri narahat edən məsələlər dinlənilib, pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib. 

Bəzi məsələlər yerindəcə həll olunub, vətəndaşlara müvafiq izahat verilib. Millət vəkili səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirərək qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib. Cavid Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı onları bir daha karantin şərtlərinə əməl etməyə və bununla da hər zaman olduğu kimi yenə də dövlətə həmrəylik nümayiş etdirməyə çağırıb. Qəbulda iştirak edən vətəndaşlar görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.

Cavid Osmanov seçiciləri ilə növbəti online qəbul keçirib- FOTO
Cavid Osmanov seçiciləri ilə növbəti online qəbul keçirib- FOTO
Cavid Osmanov seçiciləri ilə növbəti online qəbul keçirib- FOTO

XALQ.AZ