Cavid Paşayev koronavirusdan sağaldı – RƏSMİ

“Tədris-Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev artıq sağalıb və  artıq evinə yola salınacaq”.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, C.Paşayev iş zamanı koronavirusa yoluxub:

“O, bu xəstəliyi çox ağır şəkildə keçirdi. Artıq sağalıb. Onun müalicəsini nəzarətə gptürdüyü üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edirik”.