“Cavid Paşayevin vəziyyəti ağırlaşıb” – Rəşad Mahmudov

modern.az 161870 ls9fankynb 578

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının koronavirusa yoluxmuş şöbə müdiri Cavid Paşayevin vəziyyəti ağırdır.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında xəstənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib.

R.Mahmudov təəssüflə qeyd edib ki, xəstəliyin dinamikası mənfiyə doğru gedir:

“Buna baxmayaraq, bütün lazımi tədbirlər görülür. Cavid Paşayevin ECMO cihazına qoşulması müzakirə edilir. Vəziyyətdən asılı olaraq, xəstənin cihaza qoşulmasına bu gün qərar veriləcək”.