Cavid Paşayevin vəziyyəti haqda ATU-dan açıqlama

Cavid Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı ATU-nun mətbuat katibi Günel Aslanova verib. 

Onun sözlərinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasından bildirilib ki, C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev  müalicəninn daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib. C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. 

Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altlındadır.

Qeyd edək ki, C. Paşayev ATU-nun Tədris Cərrahiyyə klinikasının reanimasiya şöbəsinin müdiridir.