Çavuşoğlu ABŞ-a gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da ABŞ səfər edəcək.

XALQ.AZ xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Onun sözlərinə görə, M.Çavuşoğlu İŞİD-ə qarşı beynəlxalq koalisiyanın toplantısına qatılacaq.

Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasında olan senator Lindsi Qrem Suriyadakı vəziyyəti müzakirə etmək məqsədi ilə bu gün Türkiyəyə səfər edəcək.

 

Orxan