Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının azad edilməsinin 100 illiyi ilə bağlı Azərbaycan xalqını təbrik edib.
XALQ.AZ xəbər verir ki, M.Çavuşoğlu “Twitter” səhifəsində yazıb ki, Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyini qardaş Azərbaycanla birlikdə qeyd edirlər.
Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür.
1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq, şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.
Orxan