Çavuşoğlu Fransaya səfər edəcək

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu sentyabrın 30-u Fransaya səfər edəcək.

 

XALQ.AZ  xəbər verir ki, M.Çavuşoğlunun səfəri onun fransalı həmkarı Jan-İv Le Drianın dəvəti ilə baş tutacaq.

XİN rəhbərləri görüş zamanı ikitərəfli münasibətləri, regional gündəliyin aktual məsələlərini, xüsusilə Suriyadakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

 

 

Orxan