Çayçısı olduğu bələdiyyənin başçısı oldu

Cayci

Türkiyə Bartın vilayətinin Kumluca bölgəsi bələdiyyəsinin çayçısı İsmayıl Can bələdiyyə başçısı seçildi.

Xalq.az-ın xəbərinə görə, 21 il əvvəl bələdiyyədə çayçı kimi işə başlayan İsmayıl Can daha sonra bələdiyyədə müxtəlif vəzifələrdə işləyib.

Martın 30-da keçirilən bələdiyyə seçkisində namizədliyini irəli sürən Can seçkinin qalibi olub.

Bələdiyyə başıçısı kimi işə başlayan İsmayıl Canın ilk işi xidməti otağının qapısını sökdürmək olub.

Köhnə işlərindən də əl çəkməyən Can vaxtaşırı gələn qonaqlarına çayı özü verir.