Ceki Çan Çinin ən bahalı kinosunu çəkir

Ceki can

Bu günlərdə 60 illik yubileyini qeyd edən Ceki Çan Çinin ən bahalı kinosunu çəkir.

Xalq.az-ın məlumatına görə, bu fimin büdcəsi 320 milyon dollardır. Ekran əsəri tarixi-macəra janrında “Dragon blade” (“Əjdahanın qılıncı”) filmi olacaq. Film rejissoru Deniel Lidir.

Qədim Çinə düşən Roma əsgərinindən bəhs edən filmdə baş rolu Hollivudun ulduz aktyorlarından biri canlandıracaq. Çin KİV-ləri Cekinin tərəf müqabilinin Mel Qibson olacağını yazır. Ceki Çan oynayacağı sərkərdə roluna 7 ildir hazırlaşır. Onu layihəni reallaşdırmağa Qansu əyalətində romalıların əcdadlarının yaşadığı barədə sənədli film ilhamlandırıb.

Filmin tamaşaçılara gələn il, çinlilərin Yeni ili qeyd etdiyi tarixdə – 19 fevralda təqdim olunacaq.