“Çelsi”dən Droqbaya gözlənilməz təklif

Celsi

Sabah Çempionlar Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində “Çelsi” səfərdə “Qalatasaray”la üz-üzə gələcək. Bu oyunöncəsi İngiltərə mətbuatında maraqlı xəbərlər dolaşır.

London klubunun sahibi Roman Abramoviç “Cim Bom”un ulduz futbolçusu Didye Droqbanı yenidən komandaya qaytarmaq istəyir.

Rusiyalı milyarderin Droqbaya bir il “Çelsi”də futbolçu kimi oynamaq və növbəti mövsümdən baş məşqçi Joze Mourinyonun köməkçisi işləməyi təklif etdiyi bildirilir.

Mövsümün sonunda “Qalatasaray”dan ayrılacağı gözlənilən təcrübəli futbolçunun da bu təklifi müsbət qarşıladığı iddia olunur