Çempionatda seksə icazə verildi

5

Futbol üzrə dünya çempionatı zamanı çox vaxt futbolçuların sekslə məşğul olmasına qadağalar qoyulur.

XALQ.AZ-ın məlumatına görə, bu məsələdə futbolçularla bağlı qalmaqallar da olub. Bu dəfə durum əvvəlki çempionatlardan bir az fərqli olub. Xarici mətbuatda yayılan iddialara görə, iki böyük millinin adlı-sanlı baş məşqçiləri bu qərarda bir az dəyişiklik edib. Bunlar dünən Xorvatiyanı 3:1 hesabı ilə məğlub edən Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari və ABŞ yığmasının çalışdırıcısı Yurgen Klismandır.

Adları çəkilən hər iki baş məşqçi futbolçuların DÇ-2014 zamanı sekslə məşğul olmalarına icazə veriblər. Bu şəxslərin qərarları hər iki yığmanın azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.