Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi

Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-in binasında türkiyəli həmkarı Mövlud Cavuşoğlu ilə birgə terror qurbanı olan şəhid diplomatların xatirə lövhəsilə tanış olub.  

XALQ.AZ xəbər verir ki, nazir bu barədə “tvitter” səhifəsində yazıb.

Nazir yazıb ki, xatirə lövhəsində adları əks olunan diplomatların arasında erməni terrorunun qurbanları da var.

Terroru qətiyyətlə pislədiyini qeyd edən C.Bayramov şəhid diplomatlara rəhmət diləyib.