Ceyhun Bayramovdan təyinat

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
XALQ.AZ  xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun göstərişi ilə sözügedən vəzifə müvəqqəti olaraq nazirin müşaviri Həsən Həsənliyə  tapşırılıb.
Qeyd edək ki, ötən günə qədər Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev idi. O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirin müşaviri təyin edilib. S.Vəliyev “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Əliyevin oğludur.

 

 

Orxan


Comments are closed.