Ceyhun Bayramovla Mövlud Çavuşoğlunun görüşü keçirilir

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlunun təkbətək görüşü keçirilir.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüş barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində dərc edilib.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüş barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində dərc edilib.

Qeyd edək ki, M.Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edən C.Bayramovun sözügedən ziyarəti onun Xarici İşlər naziri kimi ölkə xaricinə ilk səfəridir.