Ceyhun Hacıyev koronavirusdan vəfat etdi

ceyhun

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

XALQ.AZ xəbər verir ki, söhbət həkim anistezioloq Ceyhun Hacıyevdən gedir.

Bu barədə məlumatı C.Hacıyevin həmkarları sosial şəbəkədə yayıblar.

Qeyd edək ki, C.Hacıyev 2001—2015 illər ərzində Respublika Neyrocərrahiyə Xəstəxanasıda çalışıb. Onun son iş yeri Bakıda fəaliyyət göstərən özəl klinikalardan biri olub.