Ceyhun Musaoğlu: ” xəyal qırıqlığına uğramayacağına əminəm”

Tanınmış jurnalist, media eksperti Ceyhun Musaoğlu keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

XALQ.AZ xəbər verir ki, Ceyhun Musaoğlu – 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.

Bu seçkilərdən nə gözləyirsiniz?

“Seçkinin demokratik mühitdə keçəcəyinə, namizədlərə bərabər şərait yaradılacağına inanıram. Parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi cəmiyyət tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Bu ruh yüksəkliyinin xəyal qırıqlığına uğramayacağına əminəm. Namizədlər seçkinin səliqəli keçirilməsinə dəstək olacaqlar və yeni parlamentin formalaşması işinə böyük töhvə verəcəyik”.

Təbliğat və təşviqatı necə aparacqsınız?

“Bu barədə indidən danışmaq istəməzdim, hələ vaxtı deyil. Ancaq maraqlı planımız var. Bir məqamı qeyd edim, təbliğatı sosial şəbəkələrdən alamayacağıq. Belə təbliğat mənəvi baxımdan, bir qədər də qaydalar çərçivəsindən doğru olmadığı üçün demək olar yararlanmayacağıq”.

Seçilsəniz seçildiyiniz bölgənin nə kimi həll olunmalı problemləri var?

“Problemlər çoxdur və digər bölgələrdəki çatışmazlıqlardan fərqlənmir. Biz əhalinin rifah səviyyəsinin yüksəlməsinə parlament vasitəsilə nail olmağın vacibliyini diqqətə çəkib , ərazimizdə yaşayan insanlara daha çox mənəvi zənginlik gətirmək istəyirik”.

XALQ.AZ