Ceyhun Musaoğlunun deputatlığa namizədliyi qeydə alındı

Tanınmış jurnalist, 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ceyhun Musaoğlu ilə bağlı Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

XALQ.AZ xəbər verir ki, MSK deputatlığa namizədin şikayətini araşdırıb və onun namizədliyinin qeydə alınması haqda qərar çıxarıb.

C.Musaoğlu bu hadisəni “şəffaf, obyektiv seçki prosesinin təntənəsi” adlandırıb.

Qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsi deputatlığa namizəd Ceyhun Musa oğlu Musayevin namizədliyinin qeydə alınmaması haqda 31 dekabrda qərar qəbul etmişdi. İddiaçı isə DSK-nın bu qərarından MSK-ya şikayət etmişdi.