Çiçək: “Tunar məni Məcnun kimi sevib”

Müğənni Tunar Rəhmanoğlunun keçmiş nişanlısı Şəhla Vakkasa onun haqqında verilişlərindən birində “Tunarın mənə olan sevgisinə “Məcnun sevgisi” deyirdilər” sözlərini deyib.  Çiçək ləqəbli aparıcının “Tunarın mənə olan sevgisinə “Məcnun sevgisi” deyirdilər” sözləri sənətçini əsəbiləşdirib.

XALQ,AZ xəbər verir ki, Tunar sosial şəbəkədə Çiçəyin açıqlamasının altından şərh yazıb. O, keçmiş nişanlısının dediklərini lazımsız hesab etdiyini vurğulayıb: “Çox gərəksiz… Mənasız, yersiz, lazımsız söhbətlərdə başlıq xəbər olmağa vaxtım yoxdur. Şişirdiləcək bir şey yoxdur. Məcnun və Romeonun ruhuna fatihə. Amma mən onları yalnız filmlərdən tanıyıram”.

Qeyd edək ki, Çiçək Tunarın nişanlanma xəbərlərində başlıqda onun adının yazılmasına münasibət bildirmişdi. Aparıcı sənətçi haqda bunları deyib: “Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova – red.) verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə “Məcnun sevgisi” deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.

Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil”.

Elgün