Çılpaq şəkillərini oğlu çəkdi – İzləyicilər qəzəbləndi

Hollivudun tanınmış aktrisası və modeli Elizabet Harley sosial mediada yeni fotolarını paylaşıb.

XALQ.AZ xəbər verir ki, 57 yaşlı aktrisanın şəkilləri müzakirə obyektinə çevrilib.

Belə ki, hovuzda çılpaq olan Elizabet görüntüsünün 16 yaşlı oğlu Domien tərəfindən çəkildiyini qeyd edib. İzləyicilər Harleyi tənqid edərək onu bu hərəkətinə görə qınayıblar.

Fotoları görənlər “Təxminən 60 yaşın var, amma oğlunun qarşısında çılpaq soyunmağa utanmırsan” kimi şərhlər yazıblar.

Qeyd edək ki, bir müddət əvvəl Elizabet bildrib ki, sosial mediada açıq-saçıq, bikinili paylaşımları oğlunun xoşuna gəlmir və o, anasından bir daha belə şəkilləri yaymağı xahiş edib.

 

 

Orxan