Çılpaq yatmağın faydaları

Cilpaq

Tibb alimləri maraqlı bir araşdırmaya imza atıb.

Xalq.az-ın məlumatına görə, onlar çılpaq yatmanın həm cinsi həyata həm də sağlamlığa bir çox faydası olduğunu aşkarlayıb. Çılpaq yatsanız aşağıdakı faydaları görəcəksiniz.

Buraxın bədəniniz havalansın: Mütəxəssislərə görə, çılpaq yatmaq xüsusilə xüsusi bölgələrimiz üçün olduqca faydalı. Bu bölgədə olan bakteriyaların çoxalıb zərərli bir hala gəlməsini çılpaq yataraq mane ola bilərsiniz.

Cinsəlliyə daha açıq hiss edin: Çılpaq yatdığınızda bədəninizdə “oxytoxin” kimi kimyəvilər ifraz olunduğundan seks üçün daha açıq və daha rahatlamış olacaqsınız.

Sərində yataraq gözəlləşin: Gecə çox istidə yatmaq melotonin kimi böyümə və inkişafı təmin edən hormonların ifraz olunmasına maneə törədir. Bədən istiliyiniz azaldığında da bu hormonlar ifraz olunaraq dərinizin gözəlləşməsi və möhtəşəm görünmənizi təmin edir.

İdeal bir görünüş təmin edin: Aclıq və enerji səviyyənizə nəzarət edən kortizol, çılpaq yatdığınızda düşərək rahatlamanızı təmin edir. Eyni zamanda acaraq çox yemənizi də maneə törədir.

Özünüzdən əmin olun: Çılpaq yataraq özünüzü sərin və seksual hiss edəcəksiniz. Bu da özünüzə olan etibarınızı artıracaq.