Çimərliklərə də icazə ilə gediləcək – RƏSMİ

“Çimərliklərə getmək üçün proqram hazırlanır. Hansısa çimərlik 400 nəfər tutursa, isti havada ora 800 adam gələ bilər”.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O qeyd edib ki, vətəndaş fin kodunu daxil etməklə özünə hansısa çimərlikdə yer bron edəcək:

“Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək”.

“ASAN xidmət”in sədri Ülvi Mehdiyev isə qeyd edib ki, çimərliklər üçün icazə portalının yaradılması Bakı Şəhər İcra Hakimiyyətilə birgə hazırlanır.