Çimərliklərlə bağlı açıqlama

“Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq fəaliyyətinə qadağa qoyulan daha bir sahənin açılması müzakirə olunur”. 

XALQ.AZ-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva mətbuat konfransında bildirib. O deyib ki, çimərliklərin açılması və ondan sonra irəli gələ biləcək tədbirlər Operativ Qərargahda müzakirə olunur:

“Çimərliklərə getməklə orada hansı qaydalara əməl olunması, istirahət edənlərin hansı məsafədə olacağı müzakirə olunur. Qərar qəbul olunan kimi Operativ Qərargah tərəfindən ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Hazırda dəqiq qərarı deyə bilmərəm”.