Çin məhkəməyə verildi

ABŞ-ın Missuri ştatı Çini koronavirus pandemiyası səbəbi ilə məhkəməyə verib.

XALQ.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu ştatın baş prokuroru Erik Şmitt bildirib.

“Çin höküməti koronavirusla bağlı bütün dünyaya yalan danışıb, şikayət edənləri susmağa məcbur edib və xəstəliyin qarşısının alınması üçün barmağını tərpədməyib. Onlar öz hərəkətlərinə görə cavab verməlidirlər”, – deyə Şmitt vurğulayıb.