Çindəki Azərbaycan vətəndaşları təxliyyə edilir

thumbs b c 63757781ce5f641e02f5486a3b60330f

Türkiyə Çinin Vuhan şəhərində karantində qalan vətəndaşların təxliyyəsi üçün təyyarə göndərir.

XALQ.AZ xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Bildirilir ki, “Koca Yusuf” adlı yük təyyarəsi Etimesgut Hərbi Havalimanından yola salınır.

Qeyd edək ki, təxliyyə edilənlər arasında Azərbaycanın yeddi vətəndaşı da var. Onlar Türkiyəyə gətirildikdən sonra 14 gün müddətində karantində saxlanılacaq. 

XALQ.AZ