Çində koronavirusla bağlı son vəziyyət

Çində son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, 8 pasiyent sağalıb, ölən olmayıb.

XALQ.AZ bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 3-ü ölkə daxilində (Tszilin əyalətində), 2-si isə xaricdən gələn şəxslərdə aşkarlanıb (biri Quandun, digəri isə Tyantszində).

Ölkənin tibb müəssisələrində 86 nəfərin müalicəsi davam etdirilir, onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir. 

Çində ümumilikdə 82 947 yoluxma, 4 633 ölüm halı qeydə alınıb, 78 227 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.