Çindən koronavirusla bağlı şad xəbər

Çində son iki həftə ərzində həm yeni tip koronavirusa yoluxmanın təzəcə təsdiq edilmiş, həm də təxmin edilən hallarının gündəlik sayında ümumən azalmaya doğru meyil müşahidə olunur.

XALQ.AZ xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen məlumat verib.

Bütün ölkədə sağalandan sonra evə buraxılan pasiyentlərin sayının artması meyli müşahidə olunur. Min Fen qeyd edib ki, bu rəqəm son günlərdə 3000 insan civarında olub.

Onun sözlərinə görə, Uxan şəhərində epidemiyanın sürətlə yayılmasının qarşısı alınıb, Xubey əyalətinin Uxan şəhərinin hüdudlarından kənarda olan lokal xəstəlik ocaqları nəzarətə götürülüb. Mi Fen əlavə edib ki, ölkənin Xubey əyalətinin hüdudlarından kənardakı regionlarında epidemik vəziyyətdə müsbət əlamətlər müşahidə olunub.

O bildirib ki, sonra xəstəliyin dəqiq profilaktikasına və nəzarətə götürülməsinə dair tədbirlər görüləcək, bu zaman mikrorayonlarda epidemiyanın profilaktikasına və nəzarətə götürülməsinə, habelə xəstələrin müalicəsinə xüsusi diqqət yetiriləcək.