Çinin aparıcı həkimləri Azərbaycana gəldi: Koronavirusla mübarizə aparacaqlar

“Azərbaycan Hava Yolları” (AZAL) avqustun 4-də Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb. 


Şirkətdən XALQ.AZ-a verilən məlumata görə, çinli mütəxəssislərdən ibarət 10 nəfərlik qrup koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə AZAL-ın xüsusi reysi ilə Azərbaycana gəlib. 


Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.


AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.


“Azərbaycan Hava Yolları”nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib.


Reys Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.