Cocuq Mərcanlıda seçki məntəqəsi YARADILDI

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində seçki məntəqəsi yaradılıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında məlumat yer alıb. Məlumata uyğun olaraq, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin tərkibində yaradılmış 73 saylı məntəqə Cocuq Mərcanlıda olacaq.

Məntəqə Cocuq Mərcanlı kəndində klub icma mərkəzinin binasında yerləşəcək.

Qeyd edək ki, məntəqənin siyahısında 367 seçicinin adı qeyd olunub.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/